Tədbirlər * XƏBƏRLƏR

Necə, əl çəkim

  “ Ah,mən gündən-günə bu gözəlləşən, İşıqlı dünyadan necə, əl çəkim. Bu yerlə çarpışan, göylə əlləşən, Dostdan, aşınadan necə, əl çəkim. ”   Bu ölməz misraların müəllifi,müasir Azərbaycan poeziyasının klassiki, unudulmaz söz sərrafı Mikayıl Müşfiqin qətlə yetirilməsindən 80 il keçir. 1938-ci il 6 yanvarda heç bir günahı olmayan şairin 29 illik ömrü sona yetib. “ […]

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri, cənab İlham Əliyevə

  Çox möhtərəm Prezident! Sizi, xalqımızın dəyərli və ləyaqətli oğlunu, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi günü və Yeni İl münasibətilə “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi və şəxsən öz adımdan ürəkdən təbrik edirik. Sizə, müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə tərəqqisi naminə əldə olunmuş mühüm tarixi zəfərlərdə, bundan sonrada böyük uğurlar diləyir, yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı xoş […]

XƏBƏRLƏR

Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya

  Çox möhtərəm Mehriban xanım! Sizi, Azərbaycan xalqının nəcib, xeyirxah xanımını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi günü və Yeni İl münasibətilə “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi və şəxsən öz adımdan dərin hörmətlə təbrik edirik. Sizin, Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun Prezidenti kimi möhtəşəm fəaliyyətiniz həmişə xalqımıza xidmət göstərnək və umummilli liderimiz Heydər […]

XƏBƏRLƏR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri, cənab Əbülfəs Qarayevə

  Hörmətli Əbülfəs müəllim Sizi, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi günü və Yeni İl münasibətilə “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi və şəxsən öz adımdan səmimi duyğularla təbrik edirik. Siz, həmişə Xalq şairi Cabir Novruzun yaradıcılığına və adını daşıyan fondun işlərinə dəstək göstərmisiniz. Fürsətdən istifadə edib bir daha sizə minnətdarlığımızı bildiririk. 2018-ci ildə mədəniyyət və turizm […]

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, cənab Azay Quliyevə

  Hörmətli Azay müəllim Sizi, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi günü və Yeni İl münasibətilə “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi və şəxsən öz adımdan səmimi duyğularla təbrik edirik. Sizə, Qeyri-Hökümət Təşkilatı olaraq “Cabir Novruz” Mədəniyyət Fonduna 2017-ci ildə göstərdiyiniz diqqətə görə dərin təşəkkürümüzü bildiririk. 2018-ci ildə ölkəmizin ictimai-siyasi həyatında görəcəyiniz səmərəli işlərdə ilk növbədə Sizə […]

Prezident * XƏBƏRLƏR

Cavanşir Qurbanovun “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cavanşir Kazım oğlu Qurbanovun  2-ci dərəcəli “Vətənə xidmətə görə”ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında idman sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Kazım oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 6 […]

İdarə heyyəti * Mədəniyyət və Turizm

Mədəniyyət və Turizm

Həmzəyev Şakir Ağacan oğlu 1953-cü il may ayının 20-də keçmiş Duvannı rayonunun Ümbaki qəsəbəsində anadan olmub. 1970-ci ildə indiki Qobustan rayonunun Nəriman kəndində orta məktəbini bitirib. 1974-cü ildə N.Tusi adına Pedoqoji Universitetinin Tarix fakultəsini bitirib, 1974-cü ildən bu günə qədər tarix və fəlsəfə müəllimi kimi fəalliyyət göstərib. Təqaüdçidir. Qızıl medal, qızıl qələm, Mədəniyyət və Turizm […]

XƏBƏRLƏR

Ağsaqqal olmağı haqq edən insan

Bəxtiyarsan, əgər çəkdiyin əmək Cahan zirvəsinə versə bir çiçək. Hüseyn Cavid Həyatda ağsaqqal-ziyalı-şəxsiyyət insanla rastlaşmaq çox nadir halda olur. Belə insanlar Ulu yaradandan bizə bəxş olunan sərvətdir. Nə yaxşı ki, həyatım boyu belə bir nadir insanlardan biri ilə özünə, şəxsiyyətinə, sözünə, hərəkətinə, əməlinə fikir verən, diqqət yetirən ziyalılardan olan Cavanşir müəllimlə- tanınmış məşqçi-idmançı, əməkdar bədən […]

Layihələr * Tədbirlər * XƏBƏRLƏR

MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

Bu gün – 2017-ci il noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun konfrans zalında “Cabir Novruz” Mədəniyyət Fondunun hazırladığı “Danışan qayalar” filminin təqdimatı olub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə “Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair təşəbbüslər” adlı layihə çərçivəsində hazırlan-mış filmin layihə rəhbəri – […]

Fəxri prezident

Fəxri prezident

Hacı Salayev   Salayev Hacı Hacı-Baba oğlu 28 iyun 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. 1975-1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1985-ci ildən Azərbaycan Dövlət İdman Komitəsi “İdman” İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlamış, sonradan əmtəəşünas və […]

Fəaliyyət * XƏBƏRLƏR

“Cabir Novruz” Mədəniyyət Fondunun növbəti iclası keçirilib

  2017-ci il oktyabrın 19-da Cəfər Cabbarlının vaxtı ilə yaşadığı müqəddəs ocaqda “Cabir Novruz” Mədəniyyət Fondunun illik iş planına uyğun olaraq növbəti iclası keçirilib. İclasda təşkilatı və cari məsələlərə baxılıb. Fondun prezidenti, professor Cavanşir Qurbanov gündəlikdə dayanan ilk məsələ barədə məlumat verərək bildirib ki, fondun əsasnaməsini rəhbər tutaraq, fondun prezidentinin sərəncamına və himayəçilər şurasının yekdil […]

Tədbirlər * XƏBƏRLƏR

Gülarə Cabbarlı: “Mənə, xatirələrimi yaşatdınız”

  “Cabir Novruz” Mədəniyyət Fondunun Prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanov başda olmaqla fondun üzvləri, dahi dramaturqumuz Cəfər Cabbarlının evində qızı Gülarə xanım Cabbarlıya baş çəkiblər. Fondun prezidenti Cavanşir Qurbanov ilk növbədə Gülarə xanıma dünyamızın ən vacib neməti olan cansağlığı, sağlamlıq arzulayıb. Bu yaxınlarda dillər əzbəri olmuş “Ana” şeirinə bəstələnmiş mahnının klip […]

XƏBƏRLƏR

“Ana” şeirinə 101 ildən sonra bəstələnmiş mahnı və klipin təqdimatı keçirildi

“Beynəlxalq Mətbuat Mərkəzi” ində ölməz dramaturqumuz Cəfər Cabbarlının 1916 -ci ildə qələmə aldığı məşhur “Ana” şeirinə bəstlənmiş eyni adlı mahnı ilə klipin təqdimatı keçirilib. Tədbiri Cəfər Cabbarlı ev muzeyinin direktoru, dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı açaraq “Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin layihəsi əsasında bəstələnmiş mahnı ilə klip barədə geniş və ətraflı […]

XƏBƏRLƏR

Təbriklər Qədir Şirəliyev

Hörmətli Qədir Səməndər oğlu Şirəliyev Sizi, dəyərli ziyalımızı, əzizimizi, uzun illər inzibati orqanlarda müxtəlif məsul vəzifələrdə çalışmış polkovniki, dağlar oğlunu 60 illiyiniz münasibətilə şəxsən öz adımdan və “Cabir Novruz” Mədəniyyət Fondu idarə heyyətinin üzvüləri adından ürəyimizdən gələn səmimi duyğularla, böyük hörmətlə təbrik edirik. Sizə ömrünüzün gözəl çağında dünyamızın ən ulu neməti olan cansağlığı, nəvələrlə birlikdə […]

Tədbirlər * XƏBƏRLƏR

Nəcməddin Mürvətovun iki kitabının təqdimatı keçirilib

2017-ci il oktyabrın 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Bayatı” kitab mağazası, “Cabir Novruz” Mədəniyyət Fondunun təşkilatçılığı ilə “Cabir Novruz” Mədəniyyət Fondunun vitse-prezidenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, “Tərəqqi” medallı, Əməkdar müəllim Nəcməddin Mürvətovun yenicə çapdan çıxmış (şeirlər, gəzəllər, düşüncələr) “Dünyamızın zərrəsiyəm” və “Şairdə sirr olmur…” adlı şeirlər kitablarının imza günü keçirildi. Tədbiri giriş […]

Tədbirlər * XƏBƏRLƏR

Şairin iki kitabının imza günü keçiriləcəkdir

  Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, əməkdar müəllim, “Tərəqqi” medallı, “Cabir Novruz” Mədəniyyət Fondunun vitse-prezidenti Nəcməddin Mürvətovun yenicə çapdan çıxmış “Dünyamızın zərrəsiyəm”, “Şairdə sirr olmur…”  (şeirlər, qəzəllər, düşüncələr) kitablarının “Cabir Novruz” Mədəniyyət Fondunun təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, “Bayatı” kitab mağazasının dəstəyi ilə 10 oktıyabr 2017 – ci il saat 14-də “Natəvan” kulubunda imza günü keçiriləcəkdir. Tədbirdə […]

Cabir Novruz

DAVALAR…DAVALAR…

Yer üzündə od qalayan davaların çoxdur sayı, Çoxömürlü müharibə çörək, qarın davasıdır… Çox davalar qalxıb, yatıb, bu hərb də onların tayı, Əsil dava varlılarla kasıbların davasıdır. Ehtiyacla vuruşdadır, döyüşdədir daim bəşər, İmkansızlar qarşısında baş əyirlər qiblə kimi. Bir Domokl qılıncı tək asılmada o həmişə, İnsanlığın başı üstdən ta beşikdən qəbrə kimi… Ən əyilməz oğulları o […]

Cabir Novruz

AY ANA…

Sənin qızın, mənim ömür yoldaşım, Əlimizdən nə tez uçdu, ay ana?.. Heç bilmirəm bu əzrayıl mürdəşir, Birdən niyə onu seçdi, ay ana?… O, gedəli gücüm yox, qüdrətim yox, Bu həyata zərrə məhəbbətim yox, Oğullarım qalmadılar yetim, yox, O yetimlik mənə düşdü, ay ana… Elə bil ki, nəslimizdə talan var, Baxışlarda gör nə boyda ələm var, […]

Cabir Novruz

MƏNİM ÜRƏYİM

Dünyada nə olsa ürəyimdədir, Bir insan sevinsə, bir gül açılsa, Bir ömür məhv olsa, bir ev uçulsa, Bir güllə atılsa ürəyimdədir. Qəlbimin minlərlə guşələri var, Bütün yer üzərində rişələri var, O dostdur əzəldən çiçəklə, qarla, Orda dağ ucalır, meşə uyuyur. Mənim ürəyimdə payız baharla, Nifrət məhəbbətlə qoşa uyuyur. Orda milyonların dərdi, istəyi, Silah bazaları, körpələr […]

Cabir Novruz

İNANA BİLMİRƏM

İllərim ötüşür karvanlar təki, Gah səhər görürəm, gah da ki, axşam. İnana bilmirəm, gün gələcək ki, Mən də bu dünyada olmayacağam. Onlarla tanışlar ötürmüşəm mən, Çiynimə tabutlar götürmüşəm mən. Nə qədər adamı dəfn eləmişəm, Bacımı, atamı dəfn eləmişəm. Yüz yol alışmışam, odlanmışam mən, Fəxri qarovulda dayanmışam mən, Nə qədər ömürlər suala dönüb, Körpələr yox olub […]

Cabir Novruz

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA…

Bir arzum var, ay adamlar, qoyun deyim, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin, Sağlığında yaman deyin yamanlara. Yalnız, yalnız sağ olanda, Hər kəs əsl qiymətini bilər onda; Bu sözlərim düz olmasa töhmət edin. Sizdən rica eləyirəm milyon kərə, Şairlərə sağlığında hörmət edin, Sağlığında heykəl qoyun ölməzlərə… Gələcəyə çox da ümid bağlamayın, Sözünüzü sonralara […]

Cabir Novruz

ÖMÜR YOLU

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Sabir adına pedaqoji Texnikumda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş […]

Nəcməddin Mürvətov * Vitsa prezidentlər

Nəcməddin Mürvətov

Mürvətov Nəcməddin Taci oğlu 5 dekabr 1953–cü ildə Dəvəçi rayonunun Yuxarı Ələz kəndində anadan olmuşdur. 1960-cı ildə Dəvəçi rayonu Yuxarı Ələz kənd ibtidai məktəbinin I sinfinə qəbul olunmuş, 1961-ci ildə ailəsinin Siyəzən şəhərinə köçməsi ilə əlaqədar, təhsilinin Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı orta məktəbində davam etdirmişdir. 1970-ci ildə orta məktəbi bitirərək indiki ADPU-nun (keçmiş […]

Layihələr * Tədbirlər * XƏBƏRLƏR

“Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair təşəbbüslər” adlı layihə çərçivəsində konfrans keçirilib

Bu gün – 2017-ci il iyulun 31-də “Cabir Novruz” Mədəniyyət Fondu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitu­tunun akt zalında “Azərbaycanı dünyaya bağlayan maddi-mədəniyyət abidələrimiz” mövzusunda elmi konfrans keçirib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Fondunun maliyyə dəs­təyi ilə həyata keçirilən “Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair təşəbbüslər” adlı layihə çərçivəsində baş […]

Mətbuat katibi

Mətbuat xidməti

Elşad Salman oğlu Qasımov (Elşad Dağlı) 7 May 1957-ci ildə Siyəzən şəhərində anadan olub.1974-cü ildə Bakı şəhəri 8 nömrəli musiqi təmayyüllü internat məktəbini bitirib. İndiki Neft və Sənaye üniversitetini bitirib..Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Uzun illərdirki mətbuatda çalışır. Qizil qələm,Azərbaycan bayraği Ali media mükafatı laureatıdır.

Ümumi şöbə

Ümumi şöbə

Günay Novruz 1985-ci il iyun ayının 14-də Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində dünyaya gəlib. Qəsəbənin 6 saylı orta məktəbini bitirib. ABU-nun jurnalistika fakültəsinə daxil olub və 2008-ci ildə oranı bitirib. 2012-2014-ci illərdə isə Bakı Slaviyan universitetinin yaradıcılıq fakültəsində oxuyub. Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüdür. İki kitab müəllifidir. Prezident təqaüdünə layiq görülmüşdür.

Prezident

Prezident

  Cavanşir Kazım oğlu Qurbanov 1947-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. 1968-ci ildən idman sahəsində çalışır. 1972-1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru vəzifəsində çalışıb. 1994-cü ildən Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir. İdman və […]

Təsisçi

Təsisçi

    Müşfiq Cabiroğlu Müşfiq Cabiroğlu 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır. Əsərləri “Səni kim unudar”, 1988, “Sözüm ağızlarda pay oldu getdi”, 2005, “Çaşoğlu” “Vüqar Əhmədin yaradıcılıq yolu” 2014 Sözlərinə yazılmış mahnılar[redaktə | əsas redaktə] “Vətən […]

Fəaliyyət * Tədbirlər * XƏBƏRLƏR

Mikayıl Müşfiq 110 il ərəfəsində

Hər il iyun ayının beşi Azərbaycan xalqı şairlərini ənənəvi olaraq təbrik edir. Dahi Müşfiqin doğum günü vətənimiz Azərbaycanda şairlər günü kimi qeyd edilir. Bu il də söz qədri bilənlər beşi iyun sabahını Mikayıl Müşfiqi ziyarətlə yaşamağa başladı. Bakı şəhərində Mikayıl Müşfiq abidəsinin pərpası hər sakini sevindirdiyi kimi Müşfiq sevərləri daha da çox sevindirdi.  Yasamal rayonunda […]

Fəaliyyət * Tədbirlər

İslam həmrəyliyi sülh və birlik nümunəsidir FOTOLAR

İyunun 19-da Yasamal rayon Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” mövzusunda konfrans keçirilib. Konfrans Cabir Novruz Mədəniyyət Fondunun, Yasamal Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Vətənim.info xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin muzey bölməsində yerləşən ümummilli lider Heydər Əliyevin […]

Fəaliyyət * Mətbuat katibi * Tədbirlər

Abşeron rayon Mədəniyyət evində Hüseyinağa Hadiyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi kecirilib

Yubiley tədbirində Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, rayon ziyalıları, bir çox elm və mədəniyyət xadimləri, KİV nümayəndələri, aktyorun ailə üzvləri, dostları və yaxınları iştirak edib. Tədbir boyunca əməkdar jurnalist Qafar Əsgərzadə mərhum müğəninin həyat və yaradıçılığı ilə bağlı məlumat verib. Cabir Novruz Mədəniyyət Fondu və Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin birgə təşkilatçılığı […]

Fəaliyyət * Layihələr * Mətbuat katibi * Tədbirlər * XƏBƏRLƏR

“Bakı baharı” milli rəqs müsabiqəsi keçirilib

 Cabir Novruz Mədəniyyət Fondunun və “Step-up” xoreoqrafiya studiyasının təşkilati dəstəyi ilə martın 12-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında uşaq və gənclər arasında “Bakı baharı” milli rəqs müsabiqəsi keçirilib.    Əvvəlcə Xalq şairi Cabir Novruzun həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib. Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Sənan […]

Fəaliyyət * Layihələr * Mətbuat katibi * Tədbirlər * XƏBƏRLƏR

Tanınmışlar Zəhra üçün toplaşdı: “Göz yaşımı saxlaya bilmədim”

Muğam Mərkəzində “Zəhra” – müharibələrdə həlak olmuş uşaqların anım gecəsi keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” ədəbi layihəsi çərçivəsində Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, “Asan Radio” və Azərbaycan Gənclər Fondu tərəfindən təşkil olunub. Anım gecəsi Azərbaycan, rus və ingilis dilində baş tutub. Layihənin direktoru şairə Nigar Həsənzadə tədbir iştirakçılarına təşəkkürünü bildirib […]

XƏBƏRLƏR

“Yenə o bağ olaydı”

  Hər il iyunun 5 – də ölməz şairimiz Mikayıl Müşfiqin doğum günü qeyd olunur. Həm də bu gün Azərbaycanda şairlər günü də qeyd olunur. Bakı şəhərinin Yasamal rayonunda Mikayıl Müşfiqin abidəsinin yenidən bərpası hər bir sakinini son dərəcədə sevindirdiyi kimi Müşfiq sevərləri daha çox sevindirdi. Yasamal rayonunda yerləşən Mikayıl Müşfiqin abidəsi önünə gəldikdə bunun […]

Mətbuat katibi * XƏBƏRLƏR

Bahar oğlu

  Seyfəddin Dağlı – 95   Mənalı ömür yolu keçmiş Seyfəddin Dağlının həyatı ədəbi-elmi mühitlə, mətbuat və mədəniyyət aləmi ilə, habelə ictimai-siyasi həyatla sıx bağlı olmuşdur. Seyfəddin Əliağa oğlu Abbasov – Dağlı 1921-ci il avqustun 21-də Xızı rayonunda anadan olmuşdur. Bakı şəhəri 2 №-li yeddiillik  məktəbi və N.Nərimanov adına Sənaye Texnikumunu bitirmiş, sonra isə Sovet […]

Mətbuat katibi * XƏBƏRLƏR

SUSAN KAMAN

Ədalət Vəzirov – 65 Ədalətin sənətini sevən, ifasını həmişə böyük maraqla dinləyən bir dostu kimi deyə bilərəm ki, Ədalət korifey sənətkar idi. Əsl sənət fədaisi, hər zaman öz kaman ifası ilə qəlblərə sərinlik gətirən, musiqiləri ilə qəlbimizdə yaşayan, vaxtsız dünyadan köçən sevimli kaman ustadı, respublikanın əməkdar artisti Ədalət Səfərəli oğlu Vəzirovun 65 yaşı tamam olur. […]