Fəaliyyət * Tədbirlər * XƏBƏRLƏR

Həmişəyaşar ədibin xatirəsi anıldı

Ulu öndər Heydər Əliyev deyirdi: “Cəfər Cabbarlı öz zəngin yaradıcılığı ilə dünya dramaturgiyası zirvəsinə yüksələn dahi sənətkardır”. Bəli, Cəfər həyat verib ilhama sözə Cəfər hissin gözü, ruhun səsidir. Təbiət möcüzə göstərib bizə Cəfər təbiətin möcüzəsidir. “Ibsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi zəngin və rəngarəng, Qorki kimi ideyalı” – müasirləri Cəfər […]

Tədbirlər * XƏBƏRLƏR

MÜŞFİQİN XATİRƏSİ ANILDI

Mənim könlüm deyir ki, Hələ bunlar nədir ki, Böyük günlər, şanlı günlər, şən günlər Hələ qarşımızdadır deyən- romantik ruhlu, həmişə cavan və həmişəyaşar söz sərrafı,XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli lirik şair, böyük Türk dünyasının ünlü sənətçisi, ustad sənətkar,istiqlalçı və şəhid şair, azadlıq carçısı , pedaqoq, tərcüməçi Mikayıl Müşfiqin iyunun 5-də anadan olmasının 111 illiyi […]

Fəaliyyət * Mətbuat katibi * Tədbirlər * XƏBƏRLƏR

Cəfər Cabbarlı – 120

  Siyəzən şəhərində «Həyat, söylə, sən kiminsən?» adlı ədəbi-bədii tədbir keçirilmişdir Siyəzən Rayon İcra Hakimiyyəti və «Cabir Novruz Mədəniyyət Fondu»-nun birgə təşkilatçılığı ilə Siyəzən şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı-dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzdülər. Sonra qonaqlar […]

Tədbirlər * XƏBƏRLƏR

“Sağlığında qiymət verin insanlara”

Bir arzum var, ay adamlar, qoyun deyim, Sağlığında qiymət verin insanlara. Yaxşılara sağlığında yaxşı deyin, Sağlığında yaman deyin, yamanlara.              Cabir Novruz   Bu gün yaşasaydı 86 yaşı qeyd ediləcəkdi, görkəmli Azərbaycan şairi Cabir Novruzun. Böyük xalqın böyük də ədəbiyyatı olur. Azərbaycan ədəbiyyatında xüsusi yeri olan, ulduz kimi parlayıb, qəlbləri “Sağlığında qiymət verin insanlara” şeiri […]

Tədbirlər * XƏBƏRLƏR

Ölməz şairimiz Mikayıl Müşfiqin abidəsinin açılışı olmuşdur

  Yasamal rayonundakı 18 saylı tam orta məktəbin həyətində Mikayıl Müşfiqin abidəsinin açılışı olmuşdur. Tədbiri 18 saylı tam orta məktəbin direktoru Rəna Süleymanova açdı. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 may 2018-ci il tarixli sərəncamı ilə XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli romantik şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi […]

Nəcməddin Mürvətov * Tədbirlər * Vitsa prezidentlər * XƏBƏRLƏR

Nəcməddin Mürvətov 65

Tədbir Ümummilli Lider H.Əliyevin abidəsinin ziyarəti ilə başladı. Aparıcı: Məhərrəm Qasımlı-Filologiya Elmləri doktoru, professor, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, Azərbaycan aşıqlar birliyinin sədri. Təbriklər, təltiflər: 1.Siyəzən Rayon İcra Hakimiyyəti: müavinlər-Zəfər Əliyev, Təhminə Bəxtiyarova 2.AYB: Təbriki oxudu-Rauf müəllim, müşavir 3.Cabir Novruz Mədəniyyət Fondu:Müşfiq mükafatı-Fondun prezidenti pofessor Cavanşir Qurbanov. 4.Azərbaycan Respublikası Ağsaqqallar Şurası-Ağsaqqallar şurasının sədri Millət vəkili […]

Mətbuat katibi * Tədbirlər * XƏBƏRLƏR

Xalq şairi Cabir Novruzun anım günü keçirildi

Xalq şairi Cabir Novruzun anım günü keçirilib. “Cabir Novruz” Mədəniyyət Fondu İdarə heyyətinin üzvləri anım günü ilə əlaqədar ölməz şairimiz Cabir Novruzun məzarını ziyarət edərək, önünə gül dəstəsi düzdülər. Mərasimdə filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu çıxış edərək, şairin həyat və yaradıcılığından ətraflı söz açdı. “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov çıxış edərək, […]

Tədbirlər * XƏBƏRLƏR

Naxçıvanda nakam şair Mikayıl Müşfiqin 110 illik yubiley tədbiri keçirilib

2 dekabr 2018-ci il tarixində Naxçıvan şəhərində Naxçıvan MR Mədəniyyət Nazirliyinin, “Cabir Novruz” Mədəniyyət fondunun və müşfiqsevər ziyalılarının birgə təşkilatçılığı ilə Azərbaycanın ölməz şairi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr edilmiş möhtəşəm tədbir keçirilib. Görkəmli şair və dramaturg Hüseyn Cavidin məqbərəsi önündə təşkil olan tədbir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl […]

Tədbirlər * XƏBƏRLƏR

Mikayıl Müşfiqin 110 illiyi Siyəzən rayonunda da qeyd edildi

  Siyəzən rayon mədəniyyət mərkəzində ölməz şairimiz Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş, ədəbi-bədii gecə keçirildi. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər. Sonra ölməz şairimiz Mikayıl Müşfiqin abidəsini də ziyarət edərək önünə gül dəstəsi qoydular. Tədbir mədəniyyət sarayında davam etdi. Tədbiri Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim […]

Tədbirlər * Təsisçi * XƏBƏRLƏR

Müşfiqsiz Müşfiq günləri-FOTO-VİDEO

İlk dəfə idi Rəşid Behbudov adına mahnı teatrının texniki işçilərin əyləşdiyi foyeyə qalxırdım. Qarşıda gedən adam çox əsəbi idi. Mən də onun bu dəqiqə ürəyi əsəbdən dayanacaq deyə qorxurdum. Düzünü desəm mən də əsəbi idim. Mənim əsəbi olmağımın səsəbi onu qoruya bilməməyim idi. Pillələr bitdi biz foyeyə qalxan kimi, “Bacı, səncə düzələcəkmi?”- dedi Müşfiq. Onun […]

Tədbirlər * XƏBƏRLƏR

“Oxu tar” M.Müşfiq mükafatı təqdim edilib

1 oktyabr 2018-cı il tarixində R.Behbudov adına “Mahnı Teatrında” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin, Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəstəyi ilə “Könüllülər kitabxana” İB-nin, Cabir Novruz Mədəniyyət fondunun, Yasamal rayonu 18 saylı Müşfiq adına orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının inkişafında parlaq səhifələr qoymuş, klassik və romantik şair Mikayıl Müşfiqin […]

XƏBƏRLƏR

Müşfiq Cabiroğlu son mənzilə yola salınıb

Mərhumla vida mərasimi olub ALLAH RƏHMƏT ELƏSİN!.. Dünən Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına, Azərbaycan mətbuatına, ümumən Azərbaycan ictimaiyyətinə ağır itgi üz vermişdir. Azərbaycanın görkəmli Xalq şairi Çabir Novruzun oğlu və Xalq artisti Əliabbas Qədirovun kürəkəni tanınmış şair, publisist, jurnalist və ictimai xadim Müşfiq Cabiroğlu – (Müşfiq Cabir oğlu Novruzov) 2018-ci il iyunun 10-da – 53 yaşında qəflətən vəfat etmişdir. Bu gün Müşfiq Cabiroğlunun yaşadığı binanın qarşısında mərhumla […]

XƏBƏRLƏR

Müşfiq Cabiroğlu vəfat edib

ALLAH RƏHMƏT ELƏSİN!..

Azərbaycan poeziyasına, Azərbaycan mətbuatına, ümumən Azərbaycan ictimaiyyətinə ağır itgi üz verib.

Azərbaycanın görkəmli Xalq şairi Çabir Novruzun oğlu tanınmış şair, publisist, jurnalist və ictimai xadim Müşfiq Cabiroğlu – (Novruzov Müşfiq Cabir oğlu) 2018-ci il iyunun 10-da 53 yaşında qəflətən vəfat edib.

Müşfiq Cabiroğlu 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Cabir Novruz Fondunun təsisçisi idi.
Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır.

“Səni kim unudar” (1988), “Sözüm ağızlarda pay oldu getdi” (2005), “Vüqar Əhmədin yaradıcılıq yolu” (2014) kitablarının müəllifi olan Müşfiq Cabiroğlunun “Vətən eşqi” (Musiqisi Oqtay Kazıminindir), “Hicranına dözmür könlüm” (Musiqisi Oqtay Ka

Tədbirlər * XƏBƏRLƏR

“Tələsin, insanlar əldən tutmağa”

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və “Cabir Novruz” Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Xalq şairi Cabir Novruzun 85 illiyinə həsr olunmuş “Tələsin, insanlar əldən tutmağa” adlı ədəbi-bədii gecə 12 mart 2018-ci ildə Azədbaycan Dövlət Filarmoniyasında keçirilmişdir. Tədbir başlamazdan əvvəl foyedə və səhnədə qonaqlar “Cabir Novruz” Mədəniyyət Fondunun hazırladıqları banerlərə, möhtəşəm gül çələnginə maraqla baxdılar, […]

Tədbirlər * XƏBƏRLƏR

Cabir Novruz 85

“Cabir Novruz” Mədəniyyət Fondunun təşkilatçılığı ilə Fəxri Xiyabanda Xalq şairi Cabir Novruzun 85 illiyinə həsr olunmuş “Tələsin, insanlar əldən tutmağa” adlı tədbir keçirilmişdir. Əvvəlcə şairin ruhuna xanəndə Mirməmməd Mircavadov dua oxudu. “ Cabir Novruz” Mədəniyyət Fondunun Prezidenti Cavanşir Qurbanov başda olmaqla Fondun idarə heyətinin üzvləri, ziyalılar, şairin məzarına güllər düzdülər. Tədbirin aparılması Fondun rəhbərliyinin qərarına […]

XƏBƏRLƏR

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevə

  Hörmətli Anar müəllim! Bildiyimiz kimi 3 Mart Ümumdünya Yazıçılar günü kimi qeyd olunur. Bütövlükdə Yazıçılar bayramı 1986-cı ildən etibarən Beynəlxalq PEN klubunun qərarı ilə keçirilir. Hazırda dünyanın 130 ölkəsində PEN klub mərkəzləri fəaliiyyət göstərir. Azərbaycan Yazıçıları kifayət qədər xarici ölkələrdə tanınır, onların əsərləri dünya nəşriyyatlarında ışıq üzü görür və lazımı səviyyədə oxucu kontingenti vardır. […]

XƏBƏRLƏR

Allah rəhmət eləsin!

Görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin ölüm xəbəri “ Cabir Novruz” Mədəniyyət Fondunun Prezidenti kimi ilk növbədə məni və Fondun idarə heyətinin bütün üzvlərini dərindın sarsıtdı. Axı, unudulmaz bəstəkar Tahir Əkbər sağlığında Xalq şairi Cabir Novruzla yaradıcılıq əlaqəsində olub və onun sözlərinə dillər əzbəri olmuş “Gərəksən mənə” mahnısını və “Ya, Rəbb” ilahiyyət duası musuqi […]

XƏBƏRLƏR

Cərrahın anım günü

Səhhiyyəmizin parlaq simalarından biri, Əməkdar elm xadimi, Əməkdar həkim, Tibb elmləri doktoru, professor,”Şöhrət” ordenli, Prezident təqaüdçüsü Bəybala Xutkar oğlu Abasovun anım günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur. Tədbiri giriş sözü ilə açan jurnalist Müşfiq Cabiroğlu görkəmli cərrahın keçdiyi şərəfli və mənalı ömür yolundan danışdı. Anım günündə unudulmaz müəllimin tələbəsi, Tibb elmləri doktoru, professor Cabbar Hacıyev, […]

XƏBƏRLƏR

Şair qəlbli idman mütəxəssisi

Cavanşir Qurbanov -70  Zaqafqaziya hərbi dairəsini təmsilçisi Eduard Melikyanın güləş xalçası üzərində dizi üstə çöküb, əli ilə başına vurduğu qapazların mənasını ancaq onu bu hala salan rəqibi Cavanşir Qurbanov bilirdi. Axı bu görüşə qədər erməni güləşçisi öz gözəl çıxışları ilə volqaqardlı güləş həvəskarlarının valeh etmişdi. 1969-cu ildə bu şəhərdə keçirilən SSRİ hərbiçilərnin birinciliyində orijinal fəndlə […]

XƏBƏRLƏR

Qəlblərin qəlbi

  Dəyərli həkim, əsl ziyalı Fərhad Heydər oğlu Məmmədov 1948-ci il fevral ayının 5-də Bakı şəhərində anadan olub. Ölməz dramaturqumuz Cəfər Cabbarlı adına 161 nömrəli orta məktəbi 1966-cı ildə qızıl medalla bitirən Fərhad gələcəkdə ürək həkimi olmaq arzusu ilə Tibb İnstitutuna daxil olur. Təhsil illərində Fərhad ilk növbədə nizam intizamı, zəngin intelekti, tükənməz bacarığı ilə […]

Tədbirlər * XƏBƏRLƏR

“Tələsin, insanlar əldən tutmağa”

“Cabir Novruz”Mədəniyyət Fondu və Siyəzən rayonu Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin təşkilatçılığı ilə rayon məktəbləri arasında xalq şairi Cabir Novruzun 85 illiyinə həsr olunmuş “Tələsin,insanlar əldən tutmağa” adlı Bədii qiraət şeir müsabiqəsinin final mərhələsi keçirilmişdir. Tədbirə təşrif buyuran “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi və idarə heyətinin üzvlərini məktəbin qarşısında şagirdlər gül-çiçək və […]

Tədbirlər * XƏBƏRLƏR

“ Kaş millətdə ruh yaşasın”

Yasamal rayonu İcra Hakimiyyətinin, “ Cabir Novruz” Mədəniyyət Fondunun, 20 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 20 saylı tam orta məktəbdə 20 Yanvar şəhidlərinin müqəddəs xatirəsinə həsr olunmuş “ Kaş millətdə ruh yaşasın” adlı anım günü keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndərimiz Heydər Əliyevin məktəbdəki büstünün ətrafına güllər düzdülər. Mərasimin başlanğıcında səhnəyə üç rəngli […]

XƏBƏRLƏR

SSRİ Xalq artisti, Zeynəb Xanlarovaya

  Hörmətli Zeynəb xanım! Sizi,Azərbaycan müsiqi dünyasının görkəmli müğənnisini, adı milyonlarla pərəstişkarın qəlbində heykəlləşən, XX və XXI-ci əsrlərin ölməz, əbədiyaşar sənətkarını ad gününüz münasibətilə “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi və şəxsən öz adımdan sonsuz ehtiramla təbrik edirik. Belə bir əlamətdar gündə Sizə, dağlar qədər ucalıq,dünyanın ən uca neməti sayılan can sağlığı arzulayır, mədəniyyətimizin inkişafı naminə […]