Nəcməddin Mürvətov

Mürvətov Nəcməddin Taci oğlu 5 dekabr 1953–cü ildə Dəvəçi rayonunun Yuxarı Ələz kəndində anadan olmuşdur. 1960-cı ildə Dəvəçi rayonu Yuxarı Ələz kənd ibtidai məktəbinin I sinfinə qəbul olunmuş, 1961-ci ildə ailəsinin Siyəzən şəhərinə köçməsi ilə əlaqədar, təhsilinin Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı orta məktəbində davam etdirmişdir. 1970-ci ildə orta məktəbi bitirərək indiki ADPU-nun (keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun) riyaziyyat fakültəsinə daxil olmuşdur. Ali məktəbdə oxuduğu illərdə qrup komsomol təşkilatının katibi, fakültə həmkarlar təşkilatının büro üzvi kimi ictimai vəzifələr daşımışdır. 1974–cü ildə institutu riyaziyyat müəllimi ixtisası üzrə bitirdikdən sonra Dəvəçi rayonunun Böyük Həmyə kənd 8 illik məktəbinə ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. 1977–ci ildə Böyük Həmyə kənd 8 illik məktəbinə direktor vəzifəsinə, 1978-ci ildə isə Böyük Həmyə kənd orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. 2008-ci ildən etibarən Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı orta məktəbində direktor vəzifəsində çalışır. Siyəzən rayon Ağsaqqalar Şurasının sədr müavinidir, rayonun ictimai həyatında fəal iştirak edir. Ədəbi fəaliyyəti ölkənin tanınmış elm və ədəbiyyat xadimləri tərəfindən yüksək qiymətləndirmiş, respublikanın müxtəlif qəzet və jurnallarında, internet resurslarında barəsində məqələlər yazılmışdır. N.Mürvətovun adı “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabında daxil edilmişdir. 1985-ci ildə Respublikanın “Xalq maarifi əlaçısı” adını almışdır. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2015-ci ildən Azərbaycanın Əməkdar müəllimidir. İlk mətbu əsərləri “Ehtiyac”, “ Şuşa” şeirləri rayon “Çıraq” qəzetində 1993-cü ildə çap olunmuşdur. Kitabları “İlk sözüm” – 1997 – ci il, Bakı şəhəri, “Şərq – Qərb” nəşriyyatı “Etiraf” – 2001- ci il , Bakı şəhəri , “Nafta – Press” nəşriyyatı “Varım, dövlətim” – 2003 – cü il, Bakı şəhəri, “ Nafta – Press” nəşriyyatı “Dünyamıza sözüm var” – 2005–ci il Bakı şəhəri, “Nafta-Press” nəşriyyatı “Həqiqət axtarıram” – 2006-cı il Bakı şəhəri, “Şur” nəşriyyatı “Yaxşılar azalmasın” – 2008-ci il Bakı şəhəri, “Şur” nəşriyyatı “İnam zəfərə aparır” – 2009-cı il Bakı şəhəri,“Şur” nəşriyyatı “Ömür adlı payım varmış” -2 011–cı il Bakı şəhəri,“Şur” nəşriyyatı “Ürəklərin sifarişi sözümdə” – 2012-ci il Bakı şəhəri, “Şur” nəşriyyatı “Bircə söz de, şeir yazım” – 2014-cü il, Bakı şəhəri, “Araz”nəşriyyatı “Nə verdim ki, dünyaya…” – 2014-cü il, Bakı şəhəri, “Şur” nəşriyyatı “Səsim, ünüm, harayım…” – 2015-ci il, Bakı şəhəri, “Şur” nəşriyyatı “Dünyamızın zərrəsiyəm” – 2016-cı il, Bakı şəhəri, “Şur” nəşriyyatı “Şairdə sirr olmur” – 2017-ci il, Bakı şəhəri, “Şur” nəşriyyatı Tel: 050-551-89-15 070-551-89-15