Şairin iki kitabının imza günü keçiriləcəkdir

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, əməkdar müəllim, “Tərəqqi” medallı, “Cabir Novruz” Mədəniyyət Fondunun vitse-prezidenti Nəcməddin Mürvətovun yenicə çapdan çıxmış “Dünyamızın zərrəsiyəm”, “Şairdə sirr olmur…”  (şeirlər, qəzəllər, düşüncələr) kitablarının “Cabir Novruz” Mədəniyyət Fondunun təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, “Bayatı” kitab mağazasının dəstəyi ilə 10 oktıyabr 2017 – ci il saat 14-də “Natəvan” kulubunda imza günü keçiriləcəkdir. Tədbirdə iştirak etmək istəyənlər dəvətlidir.