Təbriklər Qədir Şirəliyev

Hörmətli Qədir Səməndər oğlu Şirəliyev Sizi, dəyərli ziyalımızı, əzizimizi, uzun illər inzibati orqanlarda müxtəlif məsul vəzifələrdə çalışmış polkovniki, dağlar oğlunu 60 illiyiniz münasibətilə şəxsən öz adımdan və “Cabir Novruz” Mədəniyyət Fondu idarə heyyətinin üzvüləri adından ürəyimizdən gələn səmimi duyğularla, böyük hörmətlə təbrik edirik. Sizə ömrünüzün gözəl çağında dünyamızın ən ulu neməti olan cansağlığı, nəvələrlə birlikdə yadda qalan günlər yaşamaq, ailə səadəti arzulayırıq. Dərin hörmətlə: Cavanşir Qurbanov. “Cabir Novruz ” Mədəniyyət Fondunun prezidenti.