SSRİ Xalq artisti, Zeynəb Xanlarovaya

 

Hörmətli Zeynəb xanım!

Sizi,Azərbaycan müsiqi dünyasının görkəmli müğənnisini, adı
milyonlarla pərəstişkarın qəlbində heykəlləşən, XX və XXI-ci
əsrlərin ölməz, əbədiyaşar sənətkarını ad gününüz münasibətilə
“Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi və şəxsən öz
adımdan sonsuz ehtiramla təbrik edirik. Belə bir əlamətdar gündə
Sizə, dağlar qədər ucalıq,dünyanın ən uca neməti sayılan can
sağlığı arzulayır, mədəniyyətimizin inkişafı naminə yorulmazlıq
diləyirik. Təbrikimizi Xalq şairi Cabir Novruzun Sizin barədə
söylədiyi müdrik fikirlə bitiririk: “Siz, sehrkarsınız Zeynəb!”

Hörmətlə,
Cavanşir Qurbanov, “Cabir Novruz” Mədəniyyət Fondunun
Prezidenti.