Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri, cənab Əbülfəs Qarayevə

 

Hörmətli Əbülfəs müəllim

Sizi, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi günü və
Yeni İl münasibətilə “Cabir Novruz” Mədəniyyət Fondunun
rəhbərliyi və şəxsən öz adımdan səmimi duyğularla təbrik edirik.
Siz, həmişə Xalq şairi Cabir Novruzun yaradıcılığına və adını
daşıyan fondun işlərinə dəstək göstərmisiniz. Fürsətdən istifadə
edib bir daha sizə minnətdarlığımızı bildiririk.
2018-ci ildə mədəniyyət və turizm sahəsində görəcəyiniz
məqsədyönlü işlərdə, ilk növbədə Sizə və rəhbəri olduğunuz
nazirliyin bütün kollektivinə uğurlar arzulayırıq.
Hörmətlə, Cavanşir Qurbanov
“Cabir Novruz” Mədəniyyət Fondunun Prezidenti.