Necə, əl çəkim

 

“ Ah,mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə, əl çəkim.
Bu yerlə çarpışan, göylə əlləşən,
Dostdan, aşınadan necə, əl çəkim. ”

 

Bu ölməz misraların müəllifi,müasir Azərbaycan poeziyasının
klassiki, unudulmaz söz sərrafı Mikayıl Müşfiqin qətlə
yetirilməsindən 80 il keçir. 1938-ci il 6 yanvarda heç bir günahı
olmayan şairin 29 illik ömrü sona yetib.
“ Cabir Novruz ” Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakıda,
Sumqayıtda, Siyəzəndə, Qaradağda, Xızıda böyük söz ustasının
xatirəsi, müqəddəs ruhu Müşfiq pərəstişkarları tərəfindən yad
edilib. Xalq şairi Cabir Novruz “ Müşfiq ağıları ” şeirində dahi
sənətkarın yoxluğu ilə barışmayaraq yaxşı deyib:
“ Od ilhamı tüfəng ilə odlanan,
Öz yolundan azdırılan Müşfiqim.
Şeir ilə bu diyarda dil açan,
Güllə ilə susdurulan Müşfiqim. ”