Yubiley tədbirində Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, rayon ziyalıları, bir çox elm və mədəniyyət xadimləri, KİV nümayəndələri, aktyorun ailə üzvləri, dostları və yaxınları iştirak edib.

Tədbir boyunca əməkdar jurnalist Qafar Əsgərzadə mərhum müğəninin həyat və yaradıçılığı ilə bağlı məlumat verib.

Cabir Novruz Mədəniyyət Fondu və Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin birgə təşkilatçılığı ilə kecirilən tədbirdə Hüseyinağa Hadiyevi tanıyanlar onun haqqında xatirələrini bölüşüblər.

Xatirə gecəsini ifaçının uzun illər çıxış etdiyi “Dan ulduzu” instrumental ansamblının ifasında müğəninin birzamanlar oxuduğu mahnılar,onun sənət dostları tərəfindən yenidən səsləndirilib.

Qeyd edək ki, yaşasaydı, mərhum müğənninin 70 yaşı tamam olacaqdı. Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olub. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə “Pionerlər evi”ndə qarmon dərnəyində məşğul olmağa başlayıb. Dostlarından biri – bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla “Dan ulduzu” instrumental ansamblına qoşulmağa razılıq verib. Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurub. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəlib. Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumayıb. “Gecələr bulaq başı”, “Bu gecə”, “Mənim dünyam” mahnıları dinləyicilər tərəfindən daha çox sevilib. Hüseynağa Hadıyev ömrü boyu “Dan ulduzu” ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib.

Məşhur müğənni ağır xəstəlik üzündən 1994-cü il yanvarın 12-də 48 yaşında dünyasını dəyişib.

Abşeron rayon Mədəniyyət evində Hüseyinağa Hadiyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi  kecirilib.

admin