Cərrahın anım günü

Səhhiyyəmizin parlaq simalarından biri, Əməkdar elm xadimi, Əməkdar həkim, Tibb elmləri doktoru, professor,”Şöhrət” ordenli, Prezident təqaüdçüsü Bəybala Xutkar oğlu Abasovun anım günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur. Tədbiri giriş sözü ilə açan jurnalist Müşfiq Cabiroğlu görkəmli cərrahın keçdiyi şərəfli və mənalı ömür yolundan danışdı.

Anım günündə unudulmaz müəllimin tələbəsi, Tibb elmləri doktoru, professor Cabbar Hacıyev, Filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Hacı Yusif Hacıyev çıxış edərək Bəybala Abasovun tibb elmindəki nailiyyətlərindən,bir pedaqoq kimi fəaliyyətindən, təmiz insan olmasından söz açdılar. Mərhumun oğlu İlham Abasov atasını yad etdiklərinə görə ailələri adından “Cabir Novruz” Mədəniyyət Fondunun
rəhbərliyinə, anım gününə təşrif gətirənlərə minnətdarlığını bildirdi.