Xalq şairi Cabir Novruzun anım günü keçirildi

Xalq şairi Cabir Novruzun anım günü keçirilib. “Cabir Novruz” Mədəniyyət Fondu İdarə heyyətinin üzvləri anım günü ilə əlaqədar ölməz şairimiz Cabir Novruzun məzarını ziyarət edərək, önünə gül dəstəsi düzdülər. Mərasimdə filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu çıxış edərək, şairin həyat və yaradıcılığından ətraflı söz açdı. “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov çıxış edərək, tədbirə təşrif buyurna hər kəsə öz minnətdarlığını bildirdi. Mərasimdə şairin ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak etmişlər.

Fondun Mətbuat Xidməti, Elşad Qasımov