Bu gün – 2017-ci il iyulun 31-də “Cabir Novruz” Mədəniyyət Fondu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitu­tunun akt zalında “Azərbaycanı dünyaya bağlayan maddi-mədəniyyət abidələrimiz” mövzusunda elmi konfrans keçirib.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Fondunun maliyyə dəs­təyi ilə həyata keçirilən “Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair təşəbbüslər” adlı layihə çərçivəsində baş tutub. Tədbiri giriş sözü ilə AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov açıb, konfrans haqqında iştirak­çılara qısa məlumat verib və məruzəçi – tanınmış tədqiqatçı Şakir Qa­bıssanlının elmi fəaliyyətindən danışıb. Tanınmış kulturoloq, professor Fuad Məmmədov “Cabir Novruz” Mədəniyyət Fondunun fəaliyyətini yüksək dəyərləndirib, Fondun həyata keçirdiyi layihəyə uğurlar arzulayıb və Fondun Qobustan abidələri haqqında ha­zırladığı video-klipi konfrans iştirakçılarına təqdim edib. Sonra Şakir Qabıstanlı “Azərbaycanı dünyaya bağlayan maddi-mə­dəniyyət abidələrimiz” mövzusunda məruzə edib. Məruzə böyük ma­raq doğurub və diqqətlə dinlənilib. Məruzə ətrafında geniş müzakirə olub, professor Murad Baxşıyev, sə­nətşünaslıq üzrə fəlsəfə dok­toru, dosent Qorxmaz Əlilicanzadə, ta­­nınmış kinoşünas Şeyx Əbdül Mahmudbəyov, fəlsəfə doktorları Fikrət Nəbiyev, Firudin Qurbansoy, “Zirvə” İnformasiya Mərkəzinin rəhbəri Müşfiq Borçalı və baş­qaları çıxış ediblər, məruzə ilə bağlı öz fikirlərini bil­di­riblər, Ş.Qa­bıssanlının əməyini yük­sək qiymət­lən­­di­rib­lər. Tədbirə “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti və layihə rəh­bəri, professor Cavanşir Qurbanov yekun vurub, tədbir iştirakçı­la­rına təşəkkür edib və öz minnətdarlığını bildirib. Konfransda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, professor Fuad Hacızadə, Musa Ələkbərli və b. iştirak ediblər.

 

admin