Həmişəyaşar ədibin xatirəsi anıldı

Ulu öndər Heydər Əliyev deyirdi: “Cəfər Cabbarlı öz zəngin yaradıcılığı ilə dünya dramaturgiyası zirvəsinə yüksələn dahi sənətkardır”. Bəli, Cəfər həyat verib ilhama sözə Cəfər hissin gözü, ruhun səsidir. Təbiət möcüzə göstərib bizə Cəfər təbiətin möcüzəsidir. “Ibsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi zəngin və rəngarəng, Qorki kimi ideyalı” – müasirləri Cəfər Cabbarlı sənətini belə qiymətləndirib. Xalq şairi Səməd Vurğun isə C.Cabbarlı yaradıcılığını bizim dövr mədəniyyətinin qəh-qəhə pilləsi adlandırıb. O, sənət aləmində əsl dönüş yaratdı. ”Hey sən, əski dünya təslim ol, Sənə qarşı yüruş var”dedi. Bu üsyankarlığına görə başı min bir bəla çəkdi. Əsərləri repertuarlardan çıxarıldı. Qəhrəmanları ədəbi məhkəmələrə çəkildi. Özü isə tənqid və mühakimələrə tuş oldu. Amma istədiyinə nail oldu. Deyə bilmədiklərini qəhrəmanlarının, obrazlarının dili ilə dedi. Cəfər Cabbarlının əsərləri bədii sənətkarlıq məziyyətləri, güclü xarakterlər, müsbət və mənfi obrazlar silsiləsi, romantik, emosional, eyni zamanda, canlı, koloritli obrazlı dili ilə seçilir. . O, çox şaxəli yaradıcılığı ilə səhnəmizə böyük bir aktiyor nəsli, dilimizə yeni sözlər, yeni adlar, kino salnaməmizə Azərbaycan nəfəsi gətirib. . Unudulmaz Cəfər Cabbarlının anadan olmasının 120 illiyində inanırıq ki, bu imza neçə yüzillikləri adlayıb keçəcək, yaratdıqları necə nəslin mənəvi sərvətinə çevriləcək. Çünki, o dünən də müasir idi, bu gün də müasirdir, sabah da müasir olacaq. Bu və ya digər fikirlər iyun ayının 13-də Nəsimi rayon icra hakimiyyətinin akt zalında gerçəkləşən dahi dramaturq, şair, nasir, ictimai xadim Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “Ölkəm” adlı ədəbi-bədii gecədə səsləndi.Nəsimi rayon İcra Hakimiyyəti, Cabir Novruz Mədəniyyət Fondu və Əməkdar jurnalist Qafar Əsgərzadənin təşkilatçılığı ilə keçirilən tədbir öncə Cəfərsevərlər və Nəsimi rayin ictimaiyyətinin Cəfər Cabbarlının Nəsimi rayonunda yerləşən əzəmətli heykəli və Nəsimi RİH -nin binasında Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma mərasimi ilə başladı. sonra Nəsimi RİH-nin akt zalında ədəbi-bədii gecəyə start verildi.Öncə Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş videi-süjet nümayiş etdirildi.Tədbirin aparıcısı əməkdar artist Azad Şükürov ədib haqqında qısa çıxış edərək öncə sözü Nəsimi RİH-nin başçısı Asif Əsgərova verdi.A.Əsgərov çıxışında ədibin Azərbaycan ictimai fikir tarixində, ədəbiyyatındakı rolundan bəhs etdi, onun xatirəsinə dövlət qayğısını, Respublika Prezidenti cənab İlham Əliyevin C.Cabbarlının 120 illiyi ilə əlaqədar imzaladığı sərəncamdan irəli gələn işləri xüsusi olaraq vurğuladı.Daha sonra filologiya elmləri doktoru Rəhim Əliyev, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Dağ yəhudiləri dini icmasının sədri Mixi Yevdayev çıxış edərək C.Cabbarlının Azərbaycan və dünya ədəbiyyatındakı rolundan, onun Azərbaycanın müstəqilliyi və istiqlalı uğrunda apardığı mübarizədən, əsərlərində şəxsiyyət azadlığı və milli azadlıq ideallarının tərənnümündən,Cabbarlı qəhrəmanlarındakı ehtiraslı döyüşkənlik və üsyankarlıqla bərabər, milli ideallara, xalqa xidmət və ehtiramdan, Azərbaycanda milli hisslərin alovlandırıldığı 1918-19-cu illərdə yaranmış milli tərəqqiyə nikbin hisslər aşılanmış “Ədirnə fəthi” əsərində Cabbarlının türkçülük ideallarına, millətin ideallarına sadiqliyindən, Azərbaycanda demokratik quruluşun yaradılmasındakı rolundan və s.bəhs etdilər. Ədibin nəvəsi Bəhlul Seyfəddin oğlu Cəfər Cabbarlı irsinə Respublika rəhbərliyinin verdiyi yüksək qiymətdən söz açdı, ədibin Nəsimi rayonunda Ulu öndər Heydər Əliyev tərəfindən ucaldılan əzəmətli heykəlinin ətrafında yenidən qurma, abadlıq işlərinin görülməsinin, işıqlandırma sistemi ilə əhatə olunmasının vacibliyini xüsusu vurğuladı və əlaqədar təşkilatların diqqətini bu məsələyə yönəltdi. Monitorda ədibin “Aydın”, “Ədirnə fəthi”,”Sevil” əsərlərndən ibarət səhnəciklər nümayiş etdirildi.Əməkdar artist Anar Heybətovun ifasında “Ana” , aktyor Toğrul Rza Müşfiqin ifasında “Azərbaycan bayrağına” şerləri tamaşaçıların dərin marağına səbəb oldu.Monitorda daha sonra xalq artist Alim Qasımovun ifasında “Ana” mahnısına, əməkdar müəllim, bədii qiraət ustası Ənvər Vəliyevin ifasında “Şairin ölümünə” şerinə çəkilmiş kliplər də nümayiş etdirildi. Xalq artisti Azər Zeynalov “Olmadın”, əməkdar artist Fehruz Səxavət “Azad bir quşdum”, müğənni Nadir Qafarzadə “Həyat söylə, sən kiminsən”, xanəndə Elgiz Əliyev “Zalım yar” mahnılarını ifa etdilər.Tanınmış qarmon ustası Nizami Əsgərovun ədibin “Turan ellərinə salam söyləyin” mahnısının qarmonda ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Rəssam Minayə Dəyanətqızının səhnədə yerləşdirilmiş Cəfər Cabbarlıya həsr olunmuş rəsm əsəri tədbirə xüsusu yaraşıq verirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse- Prezidenti, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə çıxışında Cəfər Cabbarlı haqqında tanınmış simaların söylədiklərindən bəhs etdi, bilavasitə ədibin onun jurnalistlik, alimlik, pedaqoji fəaliyyətindəki rolundan söz açdı, tədbirin bütün təşkilatçılarına, xüsusilə, Nəsimi RİH başçısı Asif Əsgərova, Cabir Novruz Mədəniyyət Fondunun Prezidenti , professor, əməkdar bədən tərbiyəsi və idman xadimi,2-ci dərəcəli “Vətənə xidmət” ordenli Cavanşir Qurbanova təşəkkürünü bildirdi və ədibin “Məhkum Şərqə” şerini ifa etdi. Tədbir müğənni Şahin İsmayılovun ifasında “Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı ilə sona çatdı. Qafar Əsgərzadə Əməkdar Jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent.