“Cabir Novruz” Mədəniyyət Fondunun növbəti iclası keçirilib

“Cabir Novruz” Mədəniyyət Fondunun növbəti iclası keçirilib

 

2017-ci il oktyabrın 19-da Cəfər Cabbarlının vaxtı ilə yaşadığı müqəddəs ocaqda “Cabir Novruz” Mədəniyyət Fondunun illik iş planına uyğun olaraq növbəti iclası keçirilib. İclasda təşkilatı və cari məsələlərə baxılıb. Fondun prezidenti, professor Cavanşir Qurbanov gündəlikdə dayanan ilk məsələ barədə məlumat verərək bildirib ki, fondun əsasnaməsini rəhbər tutaraq, fondun prezidentinin sərəncamına və himayəçilər şurasının yekdil qərarına, uyğun olaraq fondun fəxr prezidenti vəzifəsinə Milli Məclisin deputatı Hacı Salayevin namizədliyi irəli sürülüb. O, fikrini əsaslandıraraq Hacı Salayevin millət vəkili olaraq dövlətçiliyimizin  inkişafindakı dəyərli xidmətlərindən, cəmiyyətimizin bütün sahələrində gördüyü səmərəli və məqsədyönlü işlərdən danışıb. Təşkilatın fəaliyyətini gücləndirmək məqsədi ilə fondun fəxri prezidentini təbrik edərək ona uğurıar arzulayıb.

Dahi ədibin qızı  Gülarə xanım Cabbarlı Xalq şairi Cabir Novruzun adını daşiyan fondun qərarını müsbət qarşıladığını bildirib və ağbirçək xeyir-duası verib.

Milli Məclisin deputatı, “Cabir Novruz” Mədəniyyət Fondunun fəxri prezidenti Hacı Salayev çıxış edərək məhz ölməz söz ustası Cəfər Cabbarlının evində ona dəyər verildiyini xüsusi vurğulayıb. Cəfər Cabbarlı adına “Mədəniyyət, Elm və Təhsilin İnkişafina Yardım” İçtimai Birliyi və “Cabir Novruz” Mədəniyyət Fondunun birgə fəaliyyəti təklifini irəli sürüb. Göstərilən etimada görə “Cabir Novruz” Mədəniyyət Fondunun Prezidenti Cavanşir Qurbanova, himayəçilər şurasına və üzvlərinə dərin minnətdarlığını və təşəkkürünü bildirib. İclasda həmçinin cari məsələlərə də baxılıb.

 

Günay Novruz