Fəxri prezident

Fəxri prezident

Hacı Salayev

 

Salayev Hacı Hacı-Baba oğlu 28 iyun 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. 1975-1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1985-ci ildən Azərbaycan Dövlət İdman Komitəsi “İdman” İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlamış, sonradan əmtəəşünas və iqtisadçı vəzifələrində çalışıb.

1986-1988-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

1991-1996-ci illərdə Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat birliyinin “Şəbəkə” filialının direktoru vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olub. Xidmət etdiyi müddət ərzində əməliyyat müvəkkilindən şöbə rəisi vəzifəsinədək ucalmışdır.

Ehtiyyatda olan polkovnik rütbəli zabitdir.

Ehtiyyata buraxıldıqdan sonra “TRUST” Mühafizə Şirkətinin Baş direktoru, İdarə Heyətinin Sədri vəzifəsində, sonra isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində işləmişdir.

29.11.2010-cu il tarixdən Dördüncü Çağırış Azərbaycan Respublikasının Milli Məclisinin Deputatıdır. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Milli Məclisin Bolqarıstan, Estoniya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qrupunun üzvüdür. 2012-ci ildən Azərbaycan-Peru Parlamentləri ilə əlaqələr qrupunun rəhbəridir.

2011-ci ilin aprel ayında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini seçilib və hal-hazıradək həmin vəzifəni tutur.

2015-ci ilin aprel ayında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Şurası tərəfindən “Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə” Medalı ilə (Медаль «За укрепление парламентского сотрудничества») təltif edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.

İki övladı var.

Günay Novruz