Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevə

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevə

 

Hörmətli Anar müəllim!
Bildiyimiz kimi 3 Mart Ümumdünya Yazıçılar günü kimi qeyd olunur. Bütövlükdə Yazıçılar bayramı 1986-cı ildən etibarən Beynəlxalq PEN klubunun qərarı ilə keçirilir. Hazırda dünyanın 130 ölkəsində PEN klub mərkəzləri fəaliiyyət göstərir.
Azərbaycan Yazıçıları kifayət qədər xarici ölkələrdə tanınır, onların əsərləri dünya nəşriyyatlarında ışıq üzü görür və lazımı səviyyədə oxucu kontingenti vardır. Bu amillər ədəbiyyatımızın təbliğinə xidmət göstərir.
İcazə verin belə bir əlamətdar gündə Siz başda olmaqla bütün Yazıçılar Birliyinin üzvlərini “ Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyi və şəxsən öz adımdan təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.
Hörmətlə
Cavanşir Qurbanov
“ Cabir Novruz”
Mədəniyyət Fondunun
Prezidenti

gunay novruz