“Oxu tar” M.Müşfiq mükafatı təqdim edilib

“Oxu tar” M.Müşfiq mükafatı təqdim edilib

1 oktyabr 2018-cı il tarixində R.Behbudov adına “Mahnı Teatrında” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin, Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin dəstəyi ilə “Könüllülər kitabxana” İB-nin, Cabir Novruz Mədəniyyət fondunun, Yasamal rayonu 18 saylı Müşfiq adına orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının inkişafında parlaq səhifələr qoymuş, klassik və romantik şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

Tədbirdə Azərbaycan Yazıçılar İttifaqının katibi, yazıçı Çingiz Abdullayev, xalq şairi Nəriman Həsənzadə, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, Cabir Novruz fondunun prezidenti, professor Cavanşir Qurbanov, dosent Firudin Qurbansoy  və b. Müşfiq poeziyasının tükənməz çeşmə olduğunu bildirərək şairin bir birindən gözəl əsərlərini dilə gətirmişlər.

Qeyd olunub ki, şairin lirik duyğu və hisslər, gözəl musiqi duyumu onu nəğməkar şair kimi də şöhrətləndirib. Mütərəqqi dünya və rus poeziyasına yaxından bələd olması, onu mükəmməl, dərində bilməsi Muşfiqi ədəbi mühitdə bədii tərcümənin nahir ustadı kimi də tanına bilib.

Gecənin sonunda Cavanşir Qurbanov Müşfiq irsini yaşatdıqlarına və təbliğ etdiklərinə görə Zeynəb Xanlarovaya, Sənan Talıbova, Ofeliya Babayevaya, Firudin Qurbansoya, Qafar Əsgərzadəyə Cabir Novruz mədəniyyət fondu tərəfindən təsis olunmuş “Oxu tar” M.Müşfiq mükafatı təqdim edilmişdir.

gunay novruz