Mənim könlüm deyir ki, Hələ bunlar nədir ki, Böyük günlər, şanlı günlər, şən günlər Hələ qarşımızdadır deyən- romantik ruhlu, həmişə cavan və həmişəyaşar söz sərrafı,XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli lirik şair, böyük Türk dünyasının ünlü sənətçisi, ustad sənətkar,istiqlalçı və şəhid şair, azadlıq carçısı , pedaqoq, tərcüməçi Mikayıl Müşfiqin iyunun 5-də anadan olmasının 111 illiyi qeyd olundu. Müşfiq sənətinə, şəxsiyyətinə ümumxalq məhəbbəti, daimi dövlət qayğısı vardır. Zamanında Ulu öndər Heydər Əliyev, rəhbərliyi dövründə isə Respublika Prezidenti cənab İlham Əliyev daim Mikayıl Müşfiq sənətinə böyük qiymət vermiş, Dövlət başçısının müvafiq Sərəncamları ilə Yubiley tədbirləri keçirilmiş, şairin adının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Belə münasibət indi də davam etməkdədir. Belə ki, cənab Prezidentin ölməz şairin 110 illiyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncamı dediklərimə parlaq misaldır. Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, görkəmli nasir Mir Cəlal Paşayev Müşfiq sənətinə belə qiymət verib:”Mikayıl Müşfiq Azərbaycan poeziyasında parlayan, çağlayan bir dağ şəlaləsidir.Onun dərin lirizmə malik poetik, romantik sənət inciləri milyonlarla insanın qəlbinə hakim kəsilərək onu XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli klassiklərindən birinə çevirmişdir. Mikayıl Müşfiqin 111-ci ildönümü münasibətilə, 2019-cu il iyun ayının 05-də Bakı şəhəri, Yasamal rayonunda, İnşaatçılar prospektində Mikayıl Müşfiqin abidəsi önündə anım mərasimi keçirilmişdir. Yasamal rayon İcra Hakimiyyətinin, Cabir Novruz Mədəniyyət Fondunun, “Könüllülər”Kitabxana İctimai Birliyinin, M.Müşfiq adına 18 nömrəli orta məktəbin təşkilatçılığı ilə gerçəkləşən anım tədbirini Müşfiq yaradıcılığının yorulmaz tədqiqitçısı və təbliğatçısı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar jurnalist, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse-prezidenti Qafar Əsgərzadə açaraq, M.Müşfiq sənətinin böyüklüyündən, onun Azərbaycan ədəbiyyatındakı rolundan söz açdı. Yasamal RİH başçısının müavini Təravət xanım Muradova Müşfiq sənətinə dövlət qayğısından, Yasamal rayonunda şairlə əlaqədar görülən tədbirlərdən bəhs etdi. Çıxışlarda söz alan Cabir Novruz Mədəniyyət Fondunun Prezidenti, əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Cavanşir Qurbanov, “Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə””Könüllülər” Kitabxana İctimai Birliyinin sədri, “Tərəqqi” medalçısı Niyaz Eyvazov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı,Əməkdar müəllim, şair Oqtay Rza, filologiya elmləri doktoru, professor, şair Əsmət xanım Məhsəti, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, şair Musa Ələkbərli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov, qəzəlxan-şair Vüqar Həşimov, 18 nömrəli məktəbim direktoru, əməkdar müəllim Rəna Süleymanova, müəllimlər Aynur Mustafayeva, Fatimə Məmmədova şair haqqında ürək sözlərini söylədilər, şerlər səsləndi. Əməkdar artist Rəşad İlyasov, müğənnilər Nicat Cəfərzadə, Sərxan Bünyadzadə, Şahin İsmayılov, Mirməmməd Mircavadov Müşfiqin şerlərinə yazılmış mahnıları ifa etdilər. Məşhur tarzən Qurban Pirimovun nəticəsii Asim Pirimovun “Oxu tar” ı tarda ifa etməsi iştirakçılarda böyük marağa səbəb oldu. Müşfiqsevərlər, Yasamal rayon ictimaiyyəti şairin abidəsi önünüə gül-çiçək qoyduqdan sonra maşın karvanı şairin dədə-baba yurdu Xızının Sayadlar kəndinə yola düşdü.