Müsabiqə qalibi olan QHT-lərin müqavilə sənədlərini razılaşdırmaq üçün Şuranın ofisinə gəlmələrinə ehtiyac olmayacaq və müqavilənin imzalanması üçün canlı növbələrdə vaxt itkisinə lüzum qalmayacaq. QHT-lər nəzərdə tutulan vaxt çərçivəsində qrant müqaviləsi üçün tələb olunan sənədləri elektron qaydada razılaşdırdıqdan sonra elektron növbə götürərək imzalanmış müqaviləni Şuranın ofisindən çox qısa müddət ərzində (təxminən 5-10 dəqiqə) götürmək imkanı əldə edəcək. Beləliklə, tərəfdaşlarımız vaxtlarına qənaət etmiş olacaq, Şura ilə bütün yazışmaları arxivləşəcək, şəffaflıq və aşkarlıq tam təmin olunacaq, Katibliyin əməkdaşları ilə təmas minumuma endiriləcək, mümkün bürokratik əngəllər və subyektiv amillər aradan qalxacaq.
#QHTŞurası #Səlis #cssn #qaliblayihələr #enövbə ... See more
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası SƏLİS-in ilk xidmətini, E-növbəni təqdim edib. 1news.az xəbər verir ki, bu barədə Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin ... See more